Bakı. Trend:
Türkiyənin cənub-şərqində, Suriya ilə həmsərhəd Kilis vilayətində terrorçuların raket hücumu nəticəsində 1 hərbçi və 7 polis əməkdaşı yaralanıb.
Trend xəbər verir ki, bu barədə bazar günü "Aanadolu" agentliyi məlumat yayıb.
Məlumata əsasən, Suriyanın şimalında fəaliyyət göstərən YPG/PKK terror təşkilatı üzvlərinin atdığı raket "Oncupınar" keçid məntəqəsi yaxınlığında düşüb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Kilis valisi Rəcəb Soytürk xəstəxanada yaralıları ziyarət edib.