...

Tokayev Fransaya rəsmi səfərə gedib

Dünya xəbərləri Materials 29 Noyabr 2022 07:45 (UTC +04:00)
Tokayev Fransaya rəsmi səfərə gedib

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fransaya rəsmi səfərə gedib.

Trend xəbər verir ki, Qazaxıstan Prezidenti Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə danışıqlar aparmağı planlaşdırır.

Danışıqlar zamanı tərəflərin ticarət-iqtisadi, investisiya və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Bundan əlavə, Qazaxıstan Prezidenti Fransanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti