Bakı. Trend:
ABŞ-ın Suriyanın şimal-şərqindəki hərbi dəstək məntəqəsi raket atəşinə tutulub, xəsarət alanlar və dağıntı yoxdur.
Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti bildirib.
"Bazar ertəsi səhər saat 10:51-də Suriyanın şimal-şərqindəki Konoko dəstək məntəqəsində koalisiya qüvvələrinə uğursuz raket buraxılışı həyata keçirilib. Atəşin açıldığı yerdə daha bir raket tapılıb. Nəticədə xəsarət alan olmayıb, koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib", - deyə qeyd olunub.