...

“SpaceX” şirkəti Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

Dünya xəbərləri Materials 7 İyul 2023 10:11 (UTC +04:00)
“SpaceX” şirkəti Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxaracaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Falcon 9” daşıyıcı aparatı cümə günü Starlink sisteminin qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital bürcünü artırmaq üçün 48 mini-peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Trend xəbər verir ki, bu barədə şirkətin rəsmisi bildirib.

Buraxılış Sakit okean vaxtı ilə saat 12:29-da ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından həyata keçiriləcək.

Bu, Starlink layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 92-ci, bu ilin əvvəlindən isə 23-cü buraxılışı olacaq. “SpaceX” artıq bu peyklərdən 4,7 minə yaxınını orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub.

Hazırda orbitdə şirkətə aid 4,3 mindən çox cihaz işlək vəziyyətdə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti