...

Qurani-Kərimin yandırılması qəbuledilməz təxribatdır - Tokayev

Dünya xəbərləri Materials 26 İyul 2023 15:02 (UTC +04:00)
Qurani-Kərimin yandırılması qəbuledilməz təxribatdır - Tokayev

Bakı. Trend:

Şimali Avropanın bəzi ölkələrində Quranın yandırılması qəbuledilməz təxribatdır.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev öz rəsmi twitter hesabında bildirib.

Qazaxıstan Prezidenti onu da vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu mövzuda mövqeyini ortaya qoymalıdır.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi və İraq bayrağını tapdalayaraq islam dinini təhqir edib.

Ötən həftə isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti