...

Ekvadorda prezidentliyə namizədi qətlə yetirən şəxs ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Avqust 2023 10:32 (UTC +04:00)
Ekvadorda prezidentliyə namizədi qətlə yetirən şəxs ölüb (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorda prezident vəzifəsinə namizəd olan Fernando Vilyavisensionun qətlə yetirilməsi zamanı 9 nəfər yaralanıb.

Trend xəbər verir ki, yaralananlar arasında assambleya üzvlüyünə bir namizəd və iki polis əməkdaşı da var.

Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər artıq saxlanılıb. Şübhəli şəxslərdən biri saxlanılan zaman aldığı yaralardan ölüb.

Qeyd edək ki, Ekvadorda erkən prezident və parlament seçkiləri avqustun 20-də keçiriləcək. Vilyavisensio yerli əhali arasında keçirilən sorğularda dördüncü-beşinci yer tuturdu.

xxx

04:46

Ekvadorda prezident vəzifəsinə namizəd olan Fernando Vilyavisensio seçkiqabağı kampaniya çərçivəsində keçirdiyi görüşdən sonra qətlə yetirilib.

Trend xəbər verir ki, bu barədə hazırkı Prezident Gilyermo Lasso X (tviter) sosial şəbəkə hesabında bildirib.

Məlumata əsasən, F.Vilyavisensio başından üç güllə yarası alıb.

Atəş açan şəxs və ya şəxslər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti