...

Ekvador prezidentliyinə namizədin qətlinə görə həbs edilənlər ölkə vətəndaşları deyil

Dünya xəbərləri Materials 11 Avqust 2023 09:08 (UTC +04:00)
Ekvador prezidentliyinə namizədin qətlinə görə həbs edilənlər ölkə vətəndaşları deyil

Bakı. Trend:

Ekvador prezidentliyinə namizəd Fernando Villavisensionun qətlinə görə saxlanılanların hamısı başqa ölkənin vətəndaşlarıdır.

Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanların vətəndaşlığı dəqiqləşdirilməyib.

“El Tiempo” qəzetinin yazdığına görə, şübhəlilərin hamısı Kolumbiya vətəndaşlarıdır. Nəşrin məlumatına görə, onlardan ən azı biri artıq qətl və narkotik alverinə görə mühakimə olunub.

Qeyd edək ki, Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio seçkiqabağı kampaniya çərçivəsində keçirdiyi görüşdən sonra qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti