Bakı. Trend:
Türkiyənin İstanbul vilayətində təmir işlərinin aparıldığı bina uçub.
Trend-in məlumatına görə, hadisə İstanbulun Beşiktaş rayonunda qeydə alınıb.
Binanın uçması nəticəsində dağıntılar altına qalan 4 nəfər fəhlə xilas olunub.
Hadisə nəticəsində yaralanan bir nəfər isə həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.