...

Türkiyədə 30-a yaxın ərazi bərpa olunan enerji resursları sahəsi elan edilib

Dünya xəbərləri Materials 15 Avqust 2023 11:05 (UTC +04:00)
Türkiyədə 30-a yaxın ərazi bərpa olunan enerji resursları sahəsi elan edilib

Bakı. Trend:

Türkiyənin 17 vilayətində 29 ərazi külək enerjisinə əsaslanaraq bərpa olunan enerji resursları sahələri elan edilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə "Resmi Gazete" məlumat yayıb.

"Adıyaman, Malatya, Çankırı, Çorum, Elazığ, Giresun, Gümüşhane, Ordu, Karaman, Kütahya, Uşak, Əskişəhər, Tokat, Samsun, Sivas, Trabzon və Yozgatda külək enerjisinə əsaslanan 29 ərazi müəyyən edilib. Sözügedən sahələrin künc koordinatları, eskizləri və sahə ölçüləri paylaşılıb", - deyə "Resmi Gazete"də paylaşılan məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti