...

ABŞ hipersəs silahının prototipini yenidən sınaqdan keçirdi

Dünya xəbərləri Materials 22 Avqust 2023 13:41 (UTC +04:00)
ABŞ hipersəs silahının prototipini yenidən sınaqdan keçirdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri "AGM-183" havadan atılan hipersəs raketlərinin növbəti sınağını həyata keçirib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin “Defence News” nəşri ABŞ Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sınaq zamanı "ARRW" (Air-Launched Rapid Response Weapon - Havadan Atılan Sürətli Cavab Silahı) hipersəs raketinin prototipinin imkanları barədə yeni qiymətli məlumatlar əldə edilib.

Hərbi Hava Qüvvələrinin verdiyi məlumatda sınağın konkret məqsədlərinin müzakirə olunmayacağı, bununla belə, sınağın uğurlu keçdiyi qeyd olunub.

Qeyd edək ki, "AGM-183A" prototipinin əvvəlki sınağı bu ilin mart ayında keçirilib. Həmin vaxt sınaq zamanı qoyulan məqsədlərin əldə edilib-edilmədiyinə dair məlumat verilməyib, lakin daha sonra Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall konqresə sınağın uğurlu olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti