...

Rusiyada meşə yanğınının sahəsi 30 hektara çatıb

Dünya xəbərləri Materials 30 Avqust 2023 10:50 (UTC +04:00)
Rusiyada meşə yanğınının sahəsi 30 hektara çatıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gelencikdə meşə yanğınının sahəsi iki dəfə artaraq 30 hektara çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Son məlumatlara görə, yanğının sahəsi 30 hektardır", - deyə mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, yanğının söndürülməsinə 400 nəfərdən çox canlı qüvvə və 70 ədəd texnika, o cümlədən suaşırma qurğuları olan iki helikopter cəlb olunub.

Qeyd edilir ki, söndürmə işlərinə sürəti 30 m/s-ə çatan güclü külək və mürəkkəb relyef mane olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti