...

Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 13:58 (UTC +04:00)
Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Bakı. Trend:

Bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 480 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 601, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 879 olub.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 45 min 603 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 31 min 60, Türkiyə bayrağı altında olan gəmilər isə 14 min 543 olub.”, - deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti