...

Türkiyənin Şimali Kiprə sement ixracı 61 milyon dolları ötüb

Dünya xəbərləri Materials 28 Noyabr 2023 14:23 (UTC +04:00)
Türkiyənin Şimali Kiprə sement ixracı 61 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Şimali Kiprə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artıraraq 63,8 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Şimali Kiprə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 4 faiz artıraraq 6,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 365,6 min dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 3,9 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 14,9 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti