...

Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 19 Dekabr 2023 12:43 (UTC +04:00)
Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Özbəkistana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz artıraraq 38,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Özbəkistana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artıraraq 3,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 17,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 19,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti