...

Lavrovla Hindistan XİN rəhbəri Moskvada görüşüb

Dünya xəbərləri Materials 26 Dekabr 2023 16:31 (UTC +04:00)
Lavrovla Hindistan XİN rəhbəri Moskvada görüşüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla dekabrın 27-də Moskvada tam formatlı danışıqlar aparacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Dekabrın 27-də Rusiya və Hindistanın xarici işlər nazirlərinin tam formatlı danışıqları planlaşdırılıb", - o deyib.

Qeyd edək ki, Subrahmanyam Cayşankar 25-29 dekabr tarixlərində Rusiyiada səfərdədir. Səfər çərçivəsində Hindistanın XİN rəhbərinin həmçinin, Rusiya Federasiyası baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovla görüşəcəyi və iqtisadi tərəfdaşlıq məsələlərini həl edəcəyi gözlənilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti