...

Cozep Borrell Səudiyyə Ərəbistanına səfər edəcək

Dünya xəbərləri Materials 7 Yanvar 2024 16:06 (UTC +04:00)
Cozep Borrell Səudiyyə Ərəbistanına səfər edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell 7-8 yanvar tarixlərində Səudiyyə Ərəbistanına səfər edəcək.

Trend xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytında dərc olunub.

Borrelin səfər çəçrivəsində yüksək vəzifəli şəxslərlə, o cümlədən xarici işlər naziri şahzadə Faysal bin Farhan və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casem Mohamed Albadaivi ilə görüşəcəyi qeyd olunub.

Xatırladaq ki, bir qədər əvvəl Cozep Borrell Livana səfəri çərçivəsində "Hizbullah" partiyasının nümayəndə heyəti ilə görüşüb. "Hizbullah" nümayəndələri Borrelə bildiriblər ki, İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırmayana qədər partiya Livanın cənubundakı vəziyyəti müzakirə etməyəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti