...

İstanbul məhkəməsi məsciddə imamı yaralayan şəxsi həbs edib

Dünya xəbərləri Materials 9 Yanvar 2024 23:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul məhkəməsi tarixi Fatih səmtindəki məsciddə imam və ibadətçini bıçaqlayan şəxsi həbs edib.

Trend "Habertürk" telekanalına istinadən xəbər verir ki, həbs hadisə ilə bağlı cinayət işi açan prokurorluğun müraciəti əsasında həyata keçirilib.

Hadisə yanvarın 8-də axşam saatlarında namaz vaxtı baş verib. Fatih məscidinin imamı şüarlar qışqıran kişidən getməsini istəyib.

Məlumatına görə, o, “Lənətlənmiş, İsrail” ifadəsini qışqırıb və ərazini tərk edib lakin sonra geri qayıdıb imamı və başqa bir nəfəri yaralayıb. Həmin şəxs polis tərəfindən saxlanılıb, yaralılar xəstəxanaya yerləşdirilib, həkimlərin sözlərinə görə, onların səhhəti üçün təhlükə yoxdur.

İstintaqın məlumatına görə, hücum edən şəxs Türkiyənin qərbindəki Bursa şəhərindən İstanbula gəlib və onun cinayət keçmişi olub. Onun psixoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti