...

Son 24 saatda 50-dən çox terrorçu zərərsizləşdirilib – Türkiyə MN

Dünya xəbərləri Materials 13 Yanvar 2024 22:53 (UTC +04:00)
Son 24 saatda 50-dən çox terrorçu zərərsizləşdirilib – Türkiyə MN

Bakı. Trend:

Son 24 saatda 57 terrorçu zərərsizləşdirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

"Əsgərlərimizə hücum edən PKK terrorçuları etdiklərinin bədəlini ödəyir. Ordumuzun hərbiçiləri son 24 saatda 57 terrorçunu zərərsizləşdirib” – deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, dünən Türk Silahlı Qüvvələrinin doqquz hərbiçisi PKK terrorçularının xain hücumu nəticəsində şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti