...

İraq və Suriyanın şimalında 24 hədəf məhv edilib

Dünya xəbərləri Materials 15 Yanvar 2024 13:19 (UTC +04:00)
İraq və Suriyanın şimalında 24 hədəf məhv edilib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında aralarında terrorçuların da olduğu 24 hədəfi məhv edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK/YPG/KCK terror təşkilatına qarşı hava əməliyyatları İraqın şimalındakı Metina, Qara, Hakurk və Qəndil bölgələrində və Suriyanın şimalında həyata keçirilib. Bir çox terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar zamanı mülki insanların, tarixi-mədəni sərvətlərin və ətraf mühitin zərər görməməsi üçün hər cür tədbirin görüldüyü qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti