...

İran Suriyaya raket zərbələri endirib

Dünya xəbərləri Materials 16 Yanvar 2024 12:12 (UTC +04:00)
İran Suriyaya raket zərbələri endirib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kirmandakı partlayışlara cavab olaraq Suriyada terrorçuların qərargahına və bazasına ballistik raketlərlə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı SEPAH-a istinadən məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Suriyanın şimalında yerləşən və Kirmanda törədilən cinayətə görə məsuliyyət daşıyan komandir və döyüşçülərin yerlərini aşkar edərək onları məhv edib", - məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib. Partlayışlar nəticəsində 84 nəfər həlak olub.

Qeyd edək ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti