...

Hindistan və İran BRİKS və ŞƏT çərçivəsində əməkdaşlığı genişləndirəcək

Dünya xəbərləri Materials 17 Yanvar 2024 21:20 (UTC +04:00)
Hindistan və İran BRİKS və ŞƏT çərçivəsində əməkdaşlığı genişləndirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan və İran BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə TV BRİKS beynəlxalq şəbəkəsi məlumat yayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian hindistanlı həmkarı Subrahmanyam Caishankar ilə görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinin, eləcə də İranın Çabahar limanının inkişafının müzakirə edildiyini bildirib.

Tərəflər həmçinin BRİKS və ŞƏT çərçivəsində əməkdaşlığı artırmağa hazır olduqlarını təsdiqləyiblər.

Hindistan uzunmüddətli əsasda İranla müzakirə olunan layihələrdə iştirak etməyi planlaşdırır.

Bundan əvvəl İranın xarici işlər nazirinin pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefon danışığı olduğu bildirilib. İranın xarici işlər naziri söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti