...

Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı 123 milyon dolları ötüb

Dünya xəbərləri Materials 19 Yanvar 2024 09:30 (UTC +04:00)
Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı 123 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Özbəkistana elektrik avadanlıqları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azaldaraq 123 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyə Özbəkistana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 13,9 faiz azaldaraq 8,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara çatıb.

Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti