...

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub

Dünya xəbərləri Materials 21 Yanvar 2024 23:36 (UTC +04:00)
Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub

Bakı. Trend:

Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib.

O, jurnalistin müvafiq sualına cavabında deyib: “Bizim üçün faydalı olan yeganə yol budur. Sabitliyə ehtiyacımız var, ümid edirəm ki, bu, Fələstin probleminin həlli ilə əldə olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti