...

Hakan Fidan ABŞ-yə səfər edib

Dünya xəbərləri Materials 22 Yanvar 2024 00:27 (UTC +04:00)
Hakan Fidan ABŞ-yə səfər edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edib.

Trend-in məlumatına görə, səfərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək. İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyənin XİN rəhbərinin ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti