...

BRICS XİN rəhbərləri Rusiyada görüşəcək

Dünya xəbərləri Materials 30 Yanvar 2024 13:28 (UTC +04:00)
BRICS XİN rəhbərləri Rusiyada görüşəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BRICS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) üzv ölkələrin xarici işlər nazirləri bu ilin iyun ayında Rusiyada görüş keçirəcək.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

"BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşü 2024-cü ilin iyun ayında Nijni Novqorod şəhərində keçiriləcək", - o deyib.

Ryabkovun sözlərinə görə, Rusiyanın BRICS-ə sədrliyi çərçivəsində Rusiyanın onlarla şəhərində 200-dən çox tədbirin keçirilməsi planlaşdırılır.

"BRICS təqvimində mühüm hadisə 16-cə BRICS sammitidir. Tədbir 2024-cü ilin oktyabr ayında Kazan şəhərində keçiriləcək", - deyə Ryabkov əlavə edib.

Qeyd edək ki, Rusiya bu il yanvarın 1-dən BRİKS-ə sədrlik etməyə başlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti