...

Ukrayna və Rusiya taxılı dünya bazarına çıxarılmalıdır - Hakan Fidan

Dünya xəbərləri Materials 6 Fevral 2024 16:15 (UTC +04:00)
Ukrayna və Rusiya taxılı dünya bazarına çıxarılmalıdır - Hakan Fidan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Həm Ukrayna, həm də Rusiya taxılının dünya bazarlarına təhlüksəsiz şəkildə çıxarılması lazımdır.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Maltanın xarici işlər naziri Lan Borgla mətbuat konfransı zamanı deyib.

H.Fidan bildirib ki, taxıl sazişi yenidən həyata keçirilməlidir.

"Ukrayna mövzusunu müzakirə etdik", - deyə Fidan qeyd edib.

Xatırladaq ki, Taxıl dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti