...

Ölkəmiz BMT TŞ-nin daimi üzvü olacaq - Hindistanın XİN başçısı

Dünya xəbərləri Materials 11 Fevral 2024 04:45 (UTC +04:00)
Ölkəmiz BMT TŞ-nin daimi üzvü olacaq - Hindistanın XİN başçısı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Avstraliyanın Pert şəhərində hind diasporu ilə görüşündə deyib.

"Biz orada olacağıq. Mən 100 % əminəm ki, biz orada olacağıq. Amma düzünü deyim ki, biz ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - nazir bildirib.

Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti