...

Yanvar ayında Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı artıb

Dünya xəbərləri Materials 12 Fevral 2024 14:07 (UTC +04:00)
Yanvar ayında Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 8 faiz artaraq, 738 min 670 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2 faiz artaraq 546 min 218 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 192 min 452 nəfər təşkil edib.

Bu ilin yanvar ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 9 min 705 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 6 min 515 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz dəyişərək, 3 min 189 ton təşkil edib.

Məlumata əsasən, hava limanından bu ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 5 min 51 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq 3 min 586, beynəlxalq reyslər üzrə isə 31 faiz artaraq 1 465 olub.

Bu ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 5 milyon 508 min 28 nəfər, yük dövriyyəsi isə 55 min 335 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti