Bakı. Trend:
Pakistanın şimal-şərqində Pəncab əyalətində köhnə yaşayış binası uçub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, binanın uçması nəticəsində doqquz nəfər həlak olub.
Qeyd edilib ki, binanın uçmasına qəzalı vəziyyətdə olmağı səbəb olub.