...

Ərdoğan Türkiyədə bələdiyyə seçkilərindən sonra Putinin səfərinə ümid edir

Dünya xəbərləri Materials 12 Mart 2024 22:14 (UTC +04:00)
Ərdoğan Türkiyədə bələdiyyə seçkilərindən sonra Putinin səfərinə ümid edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə bələdiyyə seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinin səfərinə ümid edir.

Trend-in məlumatına görə, bu barədə Ərdoğan Ramazan ayı zamanı iftar süfrəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Qara dənizdə qonşuları ilə dialoqu davam etdirir.

"Ötən cümə İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etdik. Seçkilərdən sonra [Türkiyədə] Rusiya prezidenti Vladimir Putini qəbul etməyi planlaşdırırıq", - deyə Türkiyə prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti