...

Çində meşə yanğını səbəbindən 3 mindən çox insan təxliyə edilib

Dünya xəbərləri Materials 18 Mart 2024 02:28 (UTC +04:00)
Çində meşə yanğını səbəbindən 3 mindən çox insan təxliyə edilib

Bakı. Trend:

Çinin Sıçuan əyalətində meşə yanğını ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.

Trend-in məlumatına görə, bu barədə Çinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 3396 sakin təxliyə edilib. "Hələlik tələfat barədə məlumat yoxdur, yanğının başvermə səbəbi araşdırılır", - nazirliyin məlumatında bildirilib.

Yanğınla mübarizəyə minə yaxın yanğınsöndürən, 7 helikopter cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti