...

Böyük Britaniya kiberhücumlara görə Çinə qarşı sanksiyalar tətbiq edəcək

Dünya xəbərləri Materials 25 Mart 2024 04:16 (UTC +04:00)
Böyük Britaniya kiberhücumlara görə Çinə qarşı sanksiyalar tətbiq edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti Çinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı mənbələrə istinadən bildirib.

Bildirilib ki,, bu, Çinin dəstəklədiyi hakerlərin Britaniya parlamentarilərinə qarşı kiberhücumlarla bağlıdır.

Məlumata əsasən, “demokratik prosesə müdaxilə” ilə bağlı məhdudiyyətlər martın 25-də elan edilə bilər. Qeyd olunub ki, çinli hakerlər Böyük Britaniya Seçki Komissiyasının serverlərini sındıraraq, İcmalar Palatasının və Lordlar Palatasının bəzi üzvlərinin şəxsi məlumatlarına giriş əldə etməyə cəhd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti