...

Yanvar-mart aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 12 Aprel 2024 13:43 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz azalaraq, 820,9 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Qırğızıstana 365,1 min dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 66,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 1,5 milyard dollara çatıb.

Bu ilin mart ayında Türkiyə 4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 15,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti