...

Portuqaliyada təyyarə FACİƏSİ: ölən var

Dünya xəbərləri Materials 2 İyun 2024 23:59 (UTC +04:00)

Bakı. Trend:

Portuqaliyanın cənubundakı Beja şəhərində aviaşouda iki təyyarənin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "CNN Portugal" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, təyyarələr "Yak-52"ni idarə edən portuqal və ispan pilotlardan ibarət "Yakstars" komandasının tərkibindədir:

"Beja Air Show festivalında "Yakstars" hava akrobatika komandasının iki təyyarəsi uçuş zamanı toqquşub. Bir nəfərin öldüyü və bir yaralının olduğu bildirilir".

Qeyd edilib ki, təyyarələrdən biri qəzaya uğrayıb, digərini isə havada tənzimləmək və təhlükəsiz yerə endirmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti