...

Kiyevdə yeni koronavirus dalğası: 52 nəfər ölüb

Dünya xəbərləri Materials 30 İyul 2024 10:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son həftələr Kiyevdə COVID-19-a yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, iyul ayının əvvəli ilə müqayisədə koronavirus səbəbindən xəstəxanalara yerləşdirmə hallarının sayı artıb.

Bu barədə Trend Kiyev Şəhər Hərbi Administrasiyasının Səhiyyə Departamentinin direktoru Valentina Ginzburqun açıqlamasına istinadən xəbər verir.

Kiyev Şəhər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, iyul ayında COVID-19-a cəmi 900 yoluxma halı qeydə alınıb, iyun ayında isə bu rəqəm 200-dən az idi. İlin əvvəlindən paytaxtda bu xəstəlik səbəbi ilə 52 nəfər vəfat edib.

Xəbər lenti

Xəbər lenti