Bakı. Trend:
Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dən 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb.
Trend xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal "Telegram"da məlumat yayıb.
"Bu, 2024-cü ildə ABŞ-dən birbaşa büdcə dəstəyinin birinci tranşıdır. Bütünlükdə bu il Ukrayna ABŞ-dən 7,8 milyard dollarlıq birbaşa büdcə dəstəyi alacaq və bu, maliyyə dövrünü əminliklə keçməyə imkan verəcək", - o deyib.
Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, vəsait müəllimlər, fövqəladə hallar xidmətlərinin işçiləri və dövlət işçilərinin əməkhaqlarının, eləcə də, prioritet sosial xərclərin ödənilməsinə yönəldiləcək.