Bakı. Trend:
Litva prezidenti Gitanas Nauseda hökumətin yeni tərkibini təsdiq edib.
Trend xəbər verir ki, bu barədə Litva prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hökumətin yeni tərkibi Litvanın baş naziri İnqrida Şimonite tərəfindən təklif olunub.
Qeyd olunub ki, Litvanın kənd təsərrüfatı və səhiyyə nazirləri dəyişdirilib.
Kənd təsərrüfatı naziri Litva parlamentinin iqtisadiyyat komitəsinin sədri Kazis Starkyaviçyus, səhiyyə naziri isə bundan əvvəl nazir müavini olan Aurimas Peçkauskas təyin edilib.