...

BMT 9 əməkdaşını HƏMAS-ın İsrailə hücumunda iştirakına görə işdən çıxarır

Dünya xəbərləri Materials 6 Avqust 2024 15:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT 9 əməkdaşını 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunda iştirakına görə işdən çıxaracaq.

Trend xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat dərc olunub.

BMT sözçüsünün müavini Farhan Haq bildirib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin 19 əməkdaşı ilə bağlı yoxlamalar aparılıb. Yoxlamarın nəticəsində 9 əməkdaşın 7 oktyabr 2023-cü il tarixli hücumla əlaqəli ola biləcəyindən xəbər verən faktlar aşkarlanıb.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin baş komissarı Filip Lazzarini sözügedən 9 əməkdaşın müqavilələrinə xitam veriləcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti