...

Aİ Şurası Ukraynaya 4,2 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib

Dünya xəbərləri Materials 6 Avqust 2024 19:23 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Şurası Ukraynaya 4,2 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Ukrayna KİV Aİ Şurasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, "Ukraine Facility" proqramı çərçivəsində ayrılacaq yardım Ukraynanın makromaliyyə sabitliyinə dəstək və büdcə xərclərini qarşılamaq üçün istifadə olunacaq.

Xatırladaq ki, avqustun 5-də Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dən 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb. Bildirilib ki, bütünlükdə bu il Ukrayna ABŞ-dən 7,8 milyard dollarlıq birbaşa büdcə dəstəyi alacaq.Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, vəsait müəllimlər, fövqəladə hallar xidmətlərinin işçiləri və dövlət işçilərinin əməkhaqlarının, eləcə də, prioritet sosial xərclərin ödənilməsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti