Bakı. Trend:
Filippin, ABŞ, Avstraliya və Kanada bu gün Cənubi Çin dənizində ilk birgə hərbi təlimlərə başlayıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dörd ölkənin silahlı qüvvələri birgə bəyanat yayıb.
Bəyanatda deyilir ki, təlimlər qarşılıqlı operativ uyğunluğun möhkəmləndirilməsinə yönəlib.
Manevrlərdə iştirak edən qüvvələr müstəsna olaraq Manila iqtisadi zonasının hüdudlarında, Filippin sahilindən 200 dəniz mili radiusda hərəkət edəcək.
İki gün davam edəcək təlimlərdə hərbi-dəniz və aviasiya bölmələri iştirak edəcək.