Bakı. Trend:
Fransanın Le-Lavanda kommunasında aviaşou zamanı “Fuga Magister” təyyarəsi dənizə düşüb.
Trend-in məlumatına görə, bu barədə "BFMTV" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, pilot təyyarədən atılmayıb. Var departamentinin prefekturasında qeyd edilib ki, hadisə nəticəsində pilot həlak olub.
Axtarış əməliyyatı başlayandan bir neçə saat sonra xilasedicilər ölən şəxsin cəsədini tapıblar.