...

Çexiyada İkinci Dünya müharibəsindən qalan bombaya görə 600 sakin təxliyə edilib

Dünya xəbərləri Materials 22 Avqust 2024 01:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın Litvinov şəhərində İkinci Dünya müharibəsindən qalmış aviabombanın tapılması ilə əlaqədar 600 nəfər təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə CTK xəbər agentliyi polisə istinadən məlumat yayıb.

Litvinovda yerləşən neft emalı zavodunun ərazisində 250 kq ağırlığında bomba aşkar edilib. Müharibə zamanı bu şəhərin ərazisində yerləşən sənaye obyektləri kütləvi şəkildə bombardmana məruz qalıb.

Aşkar edilmiş bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Partlayış təhlükəsi böyük olduğundan istehkamçılar partlamamış sursatın şəhərdən çıxarılması və məhv edilməsi üçün ən münasib şəraiti yaratmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti