...

Makronun hakimiyyətdən uzaqlaşdırılması üçün prosedur başladılıb

Dünya xəbərləri Materials 31 Avqust 2024 17:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın solçu "Əyilməz Fransa" partiyası prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması üçün prosedur başladıb.

Trend-in verdiyi məlumata görə, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano, X sosial şəbəkəsində paylaşım edib.

Pano, Konstitusiyanın 68-ci maddəsinə əsasən respublika prezidentinə qarşı impiçment prosedurunun başladılması haqqında qərar layihəsinin artıq parlament üzvlərinə birgə imza üçün göndərildiyini bildirib. Bu maddə, prezidentin səlahiyyətlərini pozduğu halda onun vəzifəsindən uzaqlaşdırılmasını nəzərdə tutur.

"Əyilməz Fransa" partiyası parlamentdə 72 mandata malik olduğu üçün müstəqil şəkildə impiçment təklifi irəli sürə bilər (bunun üçün 57-dən çox deputat tələb olunur). Lakin təşəbbüsün qəbul edilib-edilməməsinə Milli Assambleyanın (parlamentin aşağı palatası) bürosu qərar verir. Daha sonra qanunvericilik komissiyası qətnamənin mətnini təsdiqləməli, və iki həftə ərzində Assambleyanın üçdə ikisi onu dəstəkləməlidir. Sonrakı mərhələlərdə isə solçuların çoxluğa malik olmadığı parlamentin yuxarı palatası - Senat bu prosesi təsdiqləməlidir. Əgər mətn Senat tərəfindən təsdiqlənərsə, hər iki palata birgə iclasa toplaşacaq və qətnaməni hər iki palatanın 925 deputatından 617-si dəstəkləməlidir.

Bundan öncə, Jan-Lük Melenşonun liderlik etdiyi "Əyilməz Fransa" partiyası, prezident Makronun baş nazir postuna namizədliyi rədd etdiyi Lüsi Kastesin rəhbərlik etməyəcəyi hər hansı hökumətə etimadsızlıq votumu irəli sürəcəyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti