Bakı. Trend:
İtaliyanın şimalında yerləşən Emiliya-Romaniya regionunda güclü leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində mindən çox insan evakuasiya edilib.
Trend-in verdiyi məlumata görə, Cənubi Avropaya doğru irəliləyən “Boris” qasırğası bölgəyə 48 saat ərzində fasiləsiz yağışlar gətirib. Nəticədə evləri su basıb, yollar və küçələr su altında qalıb, qatarların hərəkəti isə tamamilə dayandırılıb. Mülki müdafiə qüvvələri tərəfindən 500-dən çox xilasetmə əməliyyatı həyata keçirilib.
İki nəfərin itkin düşdüyü bildirilib, bəzi bölgələrdə isə təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.