...

Suriyanın şərqindəki ABŞ bazası raket atəşinə tutulub

Dünya xəbərləri Materials 9 Oktyabr 2024 03:41 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın şərqindəki Deyr əz-Zor vilyətində Koniko qaz yatağının yaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.

Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" televiziya kanalı mənbələrə istinadən bildirib.

Hücumun nəticələri barədə məlumat verilməyib.

Qeyd olunub ki, obyektin yaxınlığında partlayış səsləri eşidilib. Telekanalın məlumatına görə, hadisədən sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının qüvvələri Suriya hökumət qüvvələrinin nəzarətində olan əyalətin bir neçə kəndinə hücum edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti