...

"Milton" qasırğasının vurduğu ziyan təxminən 50 milyard dollar təşkil edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 23:33 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Florida ştatının "Milton" qasırğasının vurduğu ziyan və onun nəticələri təxminən 50 milyard dollar dəyərində qiymətləndirilə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

"Mütəxəssislərə görə, qasırğa təxminən 50 milyard dollar ziyan vurub", - deyə ABŞ prezidenti qeyd edib.

C.Bayden qeyd edib ki, hakimiyyət Floridada enerji təchizatının bərpasına və dağıntıların təmizlənməsinə diqqət yetirir.

Qeyd edək ki, 3-cü kateqoriyaya aid olan "Milton" qasırğası oktyabrın 9-u yerli vaxtla saat 20:30-da Siesta-Ki yaxınlığında Florida ştatının qərb sahilində başlayıb. Küləyin sürəti 193 km/saata çatıb.

Qasırğa nəticəsində azı on nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti