...

Türkiyədə meşə yanğını baş verib

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 17:56 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Balıkəsir vilayətinə bağlı Erdek bölgəsində baş vermiş meşə yanğını nəzarət altına alınıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsindən sonra bölgədə soyutma işləri aparılır.

Məlumata görə, Türkiyənin Balıkəsir vilayətinə bağlı Erdek bölgəsində meşə yanğını baş verib. Yanğın, rüzgarın təsiri ilə sürətlə yayılıb və bildiriş üzərinə yanğın söndürmə və meşə idarəetmə qrupları əraziyə göndərilib. Havadan yanğına 1 Helikopter və 2 yanğınsöndürən təyyarə müdaxilə edib. Yanğın 2 saat sonra söndürülüb. Bildirilir ki, hadisə bir bağda küləşin yandırılması nəticəsində baş verib.

Qeyd edilib ki, yanğın nəticəsində adalarla əlaqəli elektrik xəttləri zədələnib və bu səbəbdən Marmara, Avşa və Ekinlik adalarında elektrik kəsintisi yaşanıb. Adalara 1 saattir elektrik verilmədiyi aşkar edilib. Hazırda elektrik enerjisinin bərpası üzərində işlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti