...

Boliviyada keçmiş prezident Morales ölkədə sabitliyi pozmaqda günahlandırılıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 08:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boliviya hökuməti keçmiş prezident Evo Moralesi tərəfdarlarının ölkədə magistral yolları bağlaması səbəbindən konstitusiya quruluşunu pozmaq və sabitliyi sarsıtmağa cəhd etməkdə ittiham edir.

Trend-in məlumatına görə, bu barədə Boliviya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Boliviya Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizdə sabitliyi pozmağa yönəlmiş hadisələrə cəlb edir. Bu hərəkətlərə keçmiş prezident Evo Morales rəhbərlik edir və o, təkcə Boliviyaya deyil, həm də bölgəmizin sabitliyi və təhlükəsizliyinə təhlükə yaradır,” - deyə bəyanatda vurğulanıb.

Xarici İşlər Nazirliyi Morales tərəfdarlarının yolları bağlamasını cinayət olaraq xarakterizə edib. "Bu addımlar qida, yanacaq və dərman tədarükünü pozur, vətəndaşların sərbəst hərəkətinə mane olur, fərdi və kollektiv hüquqları pozur, Boliviya ailələrinə iqtisadi ziyan vurur," - deyə bəyanatda qeyd edilib.

Hakimiyyət orqanlarının məlumatına görə, Morales tərəfdarları ilə toqquşmalar nəticəsində 14 polis əməkdaşı ağır xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti