Bakı. Trend:
İsrailin Tire şəhərinin mərkəzinə raket hücumu nəticəsində 11 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Maqen David Adom" Milli Tibbi Xidməti bildirib.
Məlumata əsasən, üç nəfər orta, qalan səkkiz nəfər yüngül yaralanıb.
İsrail ordusu öz "Telegram" kanalında yazıb ki, şənbə günü səhər saatlarında İsrailin mərkəzində bir neçə bölgədə sirenlər işə düşüb.
Bildirilib ki, Livan ərazisindən İsrailə doğru üç raket atılıb: ikisi ələ keçirilib, bir raket isə İsrail ərazisinə düşüb.