...

Gürcüstan parlamenti yeni hökumətin tərkibini dəstəkləyib

Dünya xəbərləri Materials 28 Noyabr 2024 14:20 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamenti İrakli Kobaxidze tərəfindən təklif olunan yeni hökumətin tərkibini dəstəkləyib.

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, plenar iclas zamanı 84 deputat yeni hökumətin tərkibini dəstəkləyib, heç bir deputat tərkibin əleyhinə səs verməyib.

Beləliklə, İrakli Kobaxidze yenidən baş nazir vəzifəsini tutacaq.

Qeyd edək ki, yeni hökumət tərkibi belədir:

- Gürcüstanın Xarici İşlər Naziri – Maka Boçorişvili;

- Gürcüstanın Ədliyyə Naziri – Anri Oxanaşvili;

- Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri – David Sonqulaşvili;

- Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri – Levan Davitaşvili;

- Gürcüstanın Müdafiə Naziri – İrakli Çikovani;

- Gürcüstanın Maliyyə Naziri – Laşa Xutsişvili;

- Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri – İrakli Karseladze;

- Gürcüstanın Daxili İşlər Naziri – Vaxdanq Qomelauri;

- Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri – Aleksandr Tsuladze;

- Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Sağlamlıq və Sosial Müdafiə Naziri – Mixail Sardjveladze;

- Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri – Teya Axvlediani;

- Gürcüstanın Mədəniyyət və İdman Naziri – Tinatin Ruxadze.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti